top of page

“Bayer”dən növbəti rekord

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bayer” tarixi rekorda imza atıb.


90plus.az xəbər verir ki, Leverkuzen təmsilçisi ilk dəfə ardıcıl 10 oyunda qələbə qazanmaqla öz rekordunu yeniləyib.


Bunun 6-sı Bundesliqa, 3-ü Avropa Liqası, 1-i isə Almaniya Kuboku matçına təsadüf edib. Xabi Alonsonun yetirmələri son məğlubiyyətini 2022/2023 mövsümünün axırıncı turunda “Bohum”dan (0:3) alıblar.


“Bayer” hazırda Bundesliqada 28 xalla, Avropa Liqasının qrupunda isə 9 xalla liderlik edir. Leverkuzenlilər növbəti görüşü noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcəklər.



0 comments
bottom of page