"Bayer"dən Premyer Liqa klubuna

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Leon Beylini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra “Aston Villa” ilə rəsmi müqavilə imzalayacaq. Qeyd edək ki, Yamayka milli komandasının da üzvü olan futbolçu “Bayer”lə Bundesliqada ümumilikdə 119 oyuna çıxıb. O, bu matçlarda 28 qol vurub, 21 məhsuldar ötürmə edib.

0 comments

Recent Posts

See All