top of page

“Bayer”dən “Qarabağ” paylaşımı: “Tezliklə görüşərik” FOTO


UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ı qəbul edəcək Almaniyanın “Bayer” klubu maraqlı paylaşımı ilə diqqət çəkib.


90plus.az xəbər verir ki, Leverkuzen təmsilçisinin İnstaqram səhifəsi "Qarabağ"da çıxış edən sabiq qapıçıları Andrey Lunyovun fotosunu paylaşaraq “Tezliklə görüşərik” başlığını yazıb.


Rusiyalı qolkiper 2021-2023-cü illərdə "Bayer"in üzvü olub.


Xatırladaq ki, oktyabrın 26-da keçiriləcək “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



0 comments
bottom of page