top of page

“Bayer”dən yeni rekord: 1979-cu ildən bəri ilk dəfə…

“Bayer” (Leverkuzen) Almaniya kubokunun 1/16 final mərhələsində “Sandhauzen”i məğlub edib (5:2).


90plus.az xəbər verir ki, bu qələbə sayəsində Leverkuzen təmsilçisi 1/4 finala adlayıb.


Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “əczaçılar” bu qələbə sayəsində 2023/2024 mövsümündə qələbə sayını 13-ə yüksəldib. “Bayer” meydana çıxdığı 14 matçın heç birində (13 qələbə və 1 heç-heçə) uduzmayıb ki, bu da klubun 1979-cu ildən bəri rekordudur.


“Bayer” Avropa Liqasının üçüncü turunda “Qarabağ”ı 5:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı növbəti görüş noyabrın 9-da Bakıda keçiriləcək.



0 comments
bottom of page