“Bayer”in yeni baş məşqçisi məlum oldu

Almaniyanın “Bayer” klubunun yeni baş məşqçisi müəyyənləşib. 90plus.aBundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Xerardo Seoaneyə tapşırılıb. 42 yaşlı mütəxəssis Leverkuzen klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Bayer”i müvəqqəti olaraq Hannes Volfs çalışdırırdı. Komanda Bundesliqada sona bir tur qalmış 6-cı sıradadır.

0 comments