top of page

"Bayer Leverkuzen" baş məşqçisi ilə yeni müqavilə imzaladı

Leverkuzen “Bayer”i baş məşqçi Xabi Alonso ilə müqavilə yeniləyib.


90plus.az Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.


Alonso 2022-ci ilin oktyabrından indiki postundadır. Ötən mövsüm ispaniyalı mütəxəssisin rəhbərliyi altında Avropa Liqasının yarımfinalına qədər irəliləyən leverkuzenlilər Almaniya çempionatında 6-cı yeri tutub.



0 comments
bottom of page