top of page

“Bayer Leverkuzen”in oyunçusu: “Klubun düzgün idarə olunduğunu görürəm”


"Klubun necə düzgün idarə olunduğunu görürəm".


90plus.az xəbər verir ki, “Bayer” klubunun futbolçusu Qranit Caka öz komandası barədə belə deyib.


İsveçrəli yarımmüdafiəçi yay fasiləsində İngiltərə “Arsenal”ından Bundesliqa təmsilçisinə transfer olunmaqda doğru qərar qəbul etdiyini bildirib: “Baş məşqçi Xabi Alonso ilə danışıqlar zamanı hiss etdim ki, uzunmüddətli layihə üçün bura gəlməyə dəyər. Həm avrokuboklarda, həm də Bundesliqada iddialıyıq. Klubun necə düzgün idarə olunduğunu görürəm”.


Qeyd edək ki, “Bayer 04” növbəti oyununu bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

0 comments
bottom of page