top of page

Bayer Leverkuzen - Qarabağ oyunu izləyici sayına görə seçilib!


UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.


90plus.az xəbər verir ki, Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.


"Bay Arena"dakı görüşdə 29039 tamaşaçı olub.

Ən çox fanat isə "Marsel" (Fransa) - AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.


Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:5 hesabı ilə uduzmuşdu.

0 comments
bottom of page