top of page

“Bayer Leverkuzen”: TOP-5 liqasının lideridir!


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer" bu mövsüm həm avrokuboklarda, həm də Bundesliqada uğurlu çıxışını davam etdirir.


90plus.az xəbər verir ki, Leverkuzen təmsilçisi 13-cü turunda Dortmund "Borussiya"sı ilə heç-heçə edib (1:1). Nəticədə "Bayer" cari mövsümdə məğlubiyyətsizlik seriyasını uzadıb.


"Bayer" 2023/24 mövsümündə bütün yarışlarda 20 oyun keçirib, 18-də qalib gəlib, 2-də heç-heçə edib.

Beləliklə, Xabi Alonsonun komandası bu mövsüm Avropanın TOP-5 liqasında məğlub olmayan yeganə klubdur.


Xatırladaq ki, "Qarabağ" və "Bayer" Avroliqanın 3-cü və 4-cü turlarında qarşılaşıblar. Almaniya klubu ilk matçda 5:1, 2-ci oyunda isə 1:0 hesabı ilə qalib gəlib.

0 comments
bottom of page