top of page

"Bayer" “Qarabağ”ın azarkeşlərinə 1200 yer verib!

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Bayer" (Almaniya) Ağdam klubunun azarkeşləri üçün 1200 yer ayırıb.


90plus.az klubun saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 15 avro olacaq! “Qarabağ" azarkeşləri üçün ayrılmış biletlər oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan "BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq.


Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək "Bayer" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments

Comments


bottom of page