"Bayern" büdrəmədi!

Almaniya "Bundesliqası"nın 19-cu turunda "Bayern Munich" öz meydanında "Hoffenheim"ı qəbul edib. Görüş ev sahibinin 4-1 hesablı qələbəsi ilə başa çatıb. Qolları ev sahiblərindən J.Boateng(32'), T.Muller(43'), R.Lewandowski(57') və S.Gnabry(63') vurub. Qonaqlardan A.Kramariçin(44') qolu isə təsəllidən başqa bir şey olmayıb.


Bu nəticədən sonra Baviara komandası ən yaxın rəqibi "Leipzig"i 10 xal qabaqlayır. Ancaq "Leipzig" liderlə müqayisədə 1 oyun az keçirib.

0 comments