"Bayern" "Barcelona"nın rekordunu qırdı

90plus.az xəbər verir ki, "Bayern" UEFA Çempionlar Liqasında "Barcelona"nın rekordunu qırıb.


1/8 final mərhələsinin hər iki matçında "Lazio"nu məğlub edən (4:1, 2:1) Münhen klubu 19-cu dəfə bu turnirdə 1/4 finala yüksəlib.


1/8 finalda PSG-yə iki oyunun nəticəsinə əsasən məğlub olan (4:1, 1:1) "Barcelona" ümumilikdə ÇL-də 18 dəfə 1/4 finala adlayıb.

0 comments