“Bayern” “Barselona”nı məğlub yola saldı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turu start götürüb.


90plus.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Gecənin ən maraqla gözlənilən oyunu C qrupunda olub. Qrup mərhələsinə qələbə ilə start verən “Bayern”lə “Barselona” üz-üzə gəliblər. Bu qrupun digər oyununda Plzen “Viktoriya”sı Çexiyada “İnter”lə qarşılaşıb.


Madrid “Atletiko”su da bu tur Almaniyaya səfər edib. “Hindular” “Bayer”lə üz-üzə gəlib.


İkinci turun digər oyunları sentyabrın 14-də keçiriləcək.


Çempionar Liqası, qrup mərhələsi, 2-ci tur

13 sentyabr

C qrupu

Viktoriya (Plzen, Çexiya) – İnter (İtaliya) 0:2Qol: Dzeko, 20. Dumfris, 70.


Bayern Münhen (Almaniya) – Barselona (İspaniya) 2:0Qol: L.Hernandes, 50. L.Sane, 54.

Xal durumu: Bayern – 6. Barselona – 3. İnter – 0. Viktoriya – 0.


D qrupu

Sportinq (Portuqaliya) – Tottenhem (İngiltərə) 2:0Qol: Paulinyo, 90. A.Qomes, 90+3.


Marsel (Fransa) – Ayntraxt (Frankurt, Almaniya) 0:1Qol: Lindstrom, 43.

Xal durumu: Sportinq – 6. Tottenhem – 3. Ayntraxt – 0. Marsel – 0.


A qrupu

Liverpul (İngiltərə) – Ayaks (Niderland) 2:1Qol: Salah, 17. Matip, 89 – Kudus, 27.


B qrupu

Portu (Portuqaliya) – Brügge (Belçika) 0:4Qol: Yutqla, 15-pen. Sovah, 47. Olsen, 52. Nusa, 89.


Bayer (Almaniya) – Atletiko (Madrid, İspaniya) 2:0Qol: Andrix, 84. Diabi, 87.

Xal durumu: Atletiko – 3. Brügge – 3. Portu – 0. Ba

0 comments