"Bayern", "Borussia" və "Porto" ÇL-ya qayıda bilər


UEFA “Bayern”, “Borussia” və “Porto” komandalarını Çempionlar Liqasının carı mövsümünə qaytara bilər.


90plus.az “Bild” nəşrinə istinadən xəbər verir ki, UEFA-nın İcraçı Komitəsinin bununla bağlı iclası aprelin 23-də baş tutacaq. İclasda Super Liqaya qoşulmuş klubların Çempionlar Liqasının yarımfinalından çıxarılması müzakirə ediləcək.


Bu baş verərsə, iki variant tətbiq edilə bilər: ya PSG titulu mübarizəsiz alacaq, ya da 1/4 finalda turniri tərk edən “Bayern”, “Borussia” və “Porto” yarımfinal mərhələsinə qayıdacaqlar. Birinci variantın reallaşması ehtimalı daha azdır, çünki yarımfinallar və final baş tutmasa, UEFA böyük maliyyə itkisi ilə üzləşəcək.

0 comments