Almaniyanın “Bayern” klubunun futbolçusu Alfonso Devis zədələnib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, kanadalı müdafiəçinin Bundesliqada “Bayer”lə matçda (5:1) zədələndiyi bildirilib.
Alfonsonun yaşıl meydanlara qayıdacağı vaxt bilinmir.