"Bayern"dən antirekord


"Bayern" yeni antirekorda imza atıb. 90plus az xəbər verir ki, Münhen təmsilçisi ölkə kubokunun 1/16 final oyununda Mönxenqladbax "Borussiya"sına 0:5 hesabı ilə uduzub. Bununla da klub 43 ildən sonra ilk dəfə hansısa qarşılaşmada 5 və ya daha çox top fərqi ilə məğlub olub. Komanda son olaraq 1978-ci ildə Bundesliqada "Fortuna"ya 1:7 hesabı ilə yenilib.

0 comments