"Bayern"dən Levandovski ilə bağlı açıqlama


"Bayern''in prezidenti Herbert Hayner komandanın hücumçusu Robert Levandovskinin gələcəyi haqda danışıb. 90plus.az xəbər verir ki, o, polşalı oyunçu ilə bağlı deyib:


"İdman direktorumuz oyunçularla mütəmadi olaraq danışır. Levandovskinin durumu ilə bağlı kifayət qədər vaxt var və müqaviləsi 2023-cü ilin yayına qədər davam edir. Əgər karyerasını bizim klubda bitirərsə, çox xoşbəxt olaram". Qeyd edək ki, "Bayern''in yeni müqavilə ilə bağlı Levandovski ilə razılığa gəlməyəcəyi təqdirdə, ona satacağı bildirilir

0 comments