top of page

"Bayern" Haaland transferindən maliyyətinə görə imtina edibmiş


"Bavariya"nın baş direktoru Oliver Kan ötən yay "Borussiya"dan (Dortmund) norveçli hücumçu Erlinq Haalandı almaqdan imtina etmələrinin səbəbini açıqlayıb.

90plus.az "L`Equipe"yə istinadən xəbər verir ki, o, keçidin baha başa gələcəyi üçün belə addım atdıqlarını deyib:

“Haalanda gəldikdə, maaş və bonuslar daxil olmaqla, ümumi transfer haqqı çox böyük olurdu. Bəzən elə an olur ki, zamanla ayaqlaşa bilmirsən. Klubun iqtisadi sabitliyinə xələl gətirə biləcək heç bir iş görməyəcəyik. "Bavariya"nın heç bir borcu yoxdur. Bu, bizim fəlsəfəmizdir və uzunmüddətli perspektivdə hətta rəqabət üstünlüyünə çevrilə bilər. Qısa müddətdə klub borclana və ya investorlara müraciət edə bilər. Gələcəkdə nə olacağı sual altındadır. Əgər idman nailiyyətlərini Avropanın böyük klublarının bunun üçün xərclədiyi maliyyə resursları ilə müqayisə etsək, aydın olar ki, “Bavariya” həmişə hamıdan üstün olub”.

Xatırladaq ki, Haaland ötən yay 60 milyon avroya "Borussiya"dan "Mançester Siti"yə keçib.

0 comments
bottom of page