“Bayern”in bu qədər pulu olsa da, bu transferi gerçəkləşdirməz”

Alman futbolçular Toni Kroos və Timo Vernerin meneceri olan Volker Strut Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland haqda danışıb.

90pluxəbər verir ki, menecer, Halandın transferinin 300 milyon avro dəyərində olacağını iddia edib:

“Məncə, Haland 2022-ci ildə klubunu dəyişəcək. Onun bütün xərcləri ümumilikdə 250-300 milyon avro olacaq. “Bayern” klubunun bu qədər pulu olsa da, bu transferi gerçəkləşdirməz. Almaniyada ildə bir futbolçuya 50 milyon avro vermək çılğınlıq kimi görünər. Bundan başqa, Halandın pul üçün hansısa kluba keçəcəyini düşünmürəm”.

0 comments