“Bayern”in “Frayburq”, “Borussiya”nın “Leyptsiq” sınağı

Bu gün Almaniya Bundesliqasında 11-ci tura start veriləcək.

90plus.az xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. Açılış matçında Münhenqladbax “Borussiya”sı səfərdə “Maynts”ın qonağı olacaq.


Lider “Bayern” bu turda “Frayburq”u sınağa çəkəcək. “Volfsburq” “Auqsburq”la, “Ştutqart” isə “Arminiya” ilə qarşılaşacaq.


Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Leyptsiq”lə üz-üzə gələcək.

Almaniya Bundesliqası, 11-ci tur

5 noyabr

23:30 Maynts – Borussiya M

6 noyabr

18:30 Bayern – Frayburq 18:30 Bohum – Hoffenhaym 18:30 Volfsburq – Auqsburq 18:30 Ştutqart – Arminiya 21:30 Leyptsiq – Borussiya D


7 noyabr

18:30 Herta – Bayer 20:30 Köln – Yunion 22:30 Qroyter – Ayntraxt F

0 comments