"Bayern"in futbolçusu azadlıqdan mərhum edilə bilər


"Bayern"in futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.


90plus.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı müdafiəçi məhkəmənin qərarına icra etməməkdə günahlandırılır.


Bu səbəbdən oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.


Xatırladaq ki, Lukas Ernandes 2017-ci ildə "Atletiko"da oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.

0 comments

Recent Posts

See All