top of page

“Bayern”in futbolçusu karyerasını İspaniyada davam etdirə bilər

“Bayern”in futbolçusu Benjamin Pavar karyerasını İspaniyada davam etdirə bilər.


90plus.az “Kicker”-ə istinadən xəbər verir ki, “Barselona” bunun üçün futbolçunun agenti ilə danışıqlara başlayıb.


Pavar 2019-cu ildən “Bayern”də çıxış edir. Fransalı müdafiəçinin klubla müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.

O, bu mövsüm Münhen təmsilçisinin heyətində Almaniya Bundesliqasında 13 oyuna çıxıb və 1 qol vurub.



0 comments
bottom of page