
"Bayern" in futbolçusu Niklas Züle koronavirusa yoluxub. 90plus.az xəbər verir ki , müdafiəçinin Almaniya yığmasının düşərgəsində verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb. Onunla birlikdə millinin daha 4 oyunçusu karantinə alınıb. Bütün qalan futbolçular və məşqçilər heyəti qarşıdakı görüşlərə hazırlıqlarını davam etdirəcəklər. Qeyd edək ki, Almaniya yığması noyabrın 11-də Lixtenşteyn, noyabrın 14-də Ermənistanla dünya çempionatının seçmə matçlarında üz-üzə gələcək.