top of page

"Bayern"in futbolçusu PSJ-yə keçə bilər

“Bayern”in futbolçusu Camal Musiala PSJ-yə keçə bilər.


90plus.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi almaniyalı futbolçunun gələcəyinə ümid edir. Eyni zamanda, onun komandanın forvardı Kilian Mbappe ilə uğurlu tandem təşkil edəcəyini düşünürlər.


20 yaşlı futbolçu 2020-ci ilin yayından Münhen təmsilçisində çıxış edir. Onun klubla hazırkı sözləşməsi 2026-cı ilin iyununa qədərdir.


Musiala cari mövsümdə “Bayern”in heyətində 46 oyuna çıxıb, 15 qol vurub və 16 məhsuldar ötürmə edib.



0 comments
bottom of page