top of page

"Bayern"in icraçı direktoru: "Deyəsən, getdikcə dağılırıq"

“Bayern”in icraçı direktoru Oliver Kan Almaniya Bundesliqasının 33-cü turunun “Leyptsiq”lə oyunundan sonra (1:3) danışıb.


90plus.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, o, çox məyus olduqlarını söyləyib:


“Bu, cari mövsümdə dəfələrlə baş verib. Deyəsən, getdikcə dağılırıq. Matçın gedişatında belə bir təəssürat yarandı: buraxılan qoldan sonra heç nə edə bilmirik. Hər şey nəzarətimizdən çıxıb. Çox məyusuq”.


Münhen təmsilçisi hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 68 xalla birincidir. Onların ən yaxın izləyicisi 67 xalla “Borussiya”dır (Dortmund).



0 comments
bottom of page