top of page

“Bayern”in kapitanı “Real”ın həmişə qalib gəlmək bacarığı var”


”Bayern Münhen”in kapitanı Coşua Kimmix “Real Madrid”ə qarşı ÇL matçından öncə mətbuat konfransında fikirlərini bildirib:


90plus.az onun fikirlərindən əsas hissəni təqdim edir:


“Rodri dedi ki, “Real Madrid”in bəxti gətirib? “Real Madrid”in Çempionlar Liqasında etdikləri bəxt məsələsi deyil. Bu başqa bir şeydir. Onlar bilirlər ki, sona qədər qol vurub qalib gələcəklər.

İki il əvvəl Çempionlar Liqasını qazananda, demək olar ki, hər dəfə geridönüş ediblər. Təkcə bəxtdən danışmaq olmaz. Onların öz gücünə inamı var. Onların hər rəqibə qalib gəlmək və həmişə geri dönüş etmək üçün fərdi keyfiyyətləri var...”


Mənbə: Defensa Central

”Bayern Münhen”in ulduzu Harri Keyn isə iddialı danışıb:


Real Madrid”ə qarşı nə qədər qol vuracağam? Bir neçə, ümid edirəm. Əhval-ruhiyyəm yaxşıdır və özümə inamım var. Əgər komanda yoldaşlarım bütün mövsümdə olduğu kimi mənə şərait yaratsalar, mən də hazır olacağam.


Mənbə: Sky Sport De


Qeyd: “Bayern Münhen - Real Madrid” arasında Çempionlar Liqasının ilk yarımfinal oyunu sabah saat 23:00-də başlayacaq. 


”Bayern Münhen” isə rəsmi olaraq komandanın bütün azarkeşlərindən “Real”la oyuna qırmızı formada gəlmələrini xahiş edib. FOTO

Bu da "Real Madrid" klubunun “Bayern” səfəri üçün heyəti. FOTO


0 comments
bottom of page