top of page

“Bayern”in müdafiəçisi karyerasını İspaniyada davam etdirə bilər

“Bayern”in müdafiəçisi Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.


90plus.az "Marca”-ya istinadən xəbər verir ki, 22 yaşlı kanadalı futbolçunu Madrid “Real”ı transfer etmək istəyir. “Kral klubu” futbolçunu gələn yay heyətinə qatmağı planlayır.


Deyvis ötən mövsüm 38 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.



0 comments
bottom of page