top of page

“Bayern”in rəsmisi Keyn haqqında danışdı

“Bayern”in fəxri prezidenti Uli Höness “Tottenhem”in hücumçusu Harri Keynin Münhen klubuna mümkün transferini şərh edib.


90plus.az “Sport1”-ə istinadən xəbər verir ki, o, ingiltərəli forvardın avrokuboklarda oynamaq istədiyini açıqlayıb:


“Keyn verdiyi sözü tutsa, onunla müqavilə imzalayacağıq. Belə olsa, ingilislər qəflət yuxusundan oyanmalı olacaq. Harri Keyn avrokuboklarda oynamaq istəyir. “Tottenhem” isə 2023/24 mövsümündə avrokuboklarda iştirak etməyəcək”.


İngiltərə millisinin üzvü başa çatan mövsümdə paytaxt klubunun heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.


0 comments
bottom of page