“Bayern”in sabiq üzvü klubsuz qaldı

İsveçrənin “Lütsern” klubu futbolçusu Holger Badştuberlə yollarını ayırıb.

90plus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Badştuber 2021-ci ilin yayından “Lütsern”də çıxış edirdi. O, daha əvvəl Almaniyanın “Bayern” və “Şalke” klublarında forma geyinib.


Müdafiəçi Almaniya yığmasında 31 oyun keçirib.

0 comments