top of page

"Bayern"in yarımmüdafiəçisi karyerasını "Roma"da davam etdirə bilər

“Bayern”in yarımmüdafiəçisi Marsel Sabitzer karyerasını “Roma”da davam etdirə bilər.


90plus.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, İtaliya klubu avstriyalını Corcinyo Veynaldumun əvəzləyicisi kimi nəzərdən keçirir.


İngiltərənin “Vulverhempton” klubu da qarşıdakı mövsüm üçün Sabitzeri icarəyə götürmək istəyir.


Sabitzer 2022/23 mövsümünü icarə əsasında “Mançester Yunayted”də keçirib. O, “qırmızı şeytanlar”ın heyətində 18 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.



0 comments
bottom of page