top of page

“Bayern” Kevin Trappla danışıqlara başlayıb

“Bayern” “Ayntraxt”ın (Frankfurt) qapıçısı Kevin Trappla maraqlanır.


90plus.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi almaniyalı qapıçının “Bayern”lə müqavilə imzalamaq istəyib-istəmədiyini öyrənmək üçün danışıqlara başlayıb.


“Bayern”in əsas qapıçısı Manuel Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.


32 yaşlı Trappın “Ayntraxt”la müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm 24 oyuna çıxıb, qapısından 34 top buraxıb.

0 comments
bottom of page