top of page

"Bayern Münhen" "Çelsi"nin oyunçusuna elçi düşüb


"Bayern" "Çelsi" dən Meyson Mauntu ala bilər.

90plus.az "The Times"a istinadən xəbər verir ki, Münhen klubu 24 yaşlı yarımmüdafiəçinin "Çelsi" ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməməsindən yararlanmaq istəyir. 


Bu yaxınlarda "Bavariya"nın baş məşqçisi təyin edilən Tomas Tuhel "Çelsi"ni çalışdırarkən aparıcı oyunçusu olan ingiltərəli futbolçunun transferində israrlıdır.

Mauntun "Çelsi" ilə müqaviləsinin bitməsinə bir ildən çox vaxt qalıb. Londonluların yayda Meysonu ən azı 50 milyon funta satmaq niyyətində olduğu bildirilir.

0 comments

Comments


bottom of page