"Bayern Münhen" Boatenqlə müqaviləni yeniləməyəcək

"Bavariya"nın futbolçusu Jeremi Boatenq yayda klubdan ayrıla bilər.

90plus.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 32 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Klub artıq bunu futbolçunun menecerinə də bildirib. Almaniyalı oyunçunun yayda "Bavariya"nı azad agent kimi tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, Boatenq 2011-ci ildən "Bavariya"da çıxış edir. O, bu müddət ərzində 8 dəfə Bundesliqanı, 5 dəfə Almaniya kubokunu və Superkubokunu, 2 dəfə Çempionlar Liqasını, 1 dəfə Avropa Superkubokunu və Klublararası dünya çempionatını qazanıb. Futbolçu bu mövsüm 22 matçda 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.

0 comments