"Bayern Münhen"dən yeni transfer!



Almaniya "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirib.

"90plus" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitseri transfer edib.

Avstriya millisinin üzvü ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 27 yaşlı oyunçu yeni komandasında 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm "Leyptsiq"in heyətində 39 oyun keçirən Zabitser 9 qol vurub və 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun transfer qiyməti 42 milyon avrodur.

0 comments