top of page

"Bayern Münhen" İbrahimoviçlə müqaviləni uzatdı


"Bavariya" klubun yetirməsi olan Ariyon İbrahimoviçin sözləşməsinin müddətini uzadıb.

90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2025-ci ilin yayına kimidir.

Ariyon İbrahimoviç "Bavariya"nın yetirməsidir. Kosovo əsilli almaniyalı vinger əsas komandanın heyətində məşq etsə də, debüt etməyib. O, bu mövsüm U-19 Bundesliqa və Gənclər Çempionlar Liqasında 16 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

0 comments
bottom of page