"Bayern Münhen"in futbolçusu ürəyindən əməliyyat olunub!


Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman ürəyindən əməliyyat olunub.

"90plus"un məlumatına görə, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsman klubun rəsmi saytına açıqlamasında bildirib.

O, fransalı oyunçunun ürəyində kiçik problemlərin olduğunu söyləyib: "Bəzən nəfəs almaqda çətinlik çəkirdi. Bu səbəbdən, əməliyyata ehtiyac duyulub. Koman komandadan təxminən 2 həftə kənar qalacaq".

Qeyd edək ki, Kinqsli Koman cari mövsüm 4 matçda meydana çıxıb.

0 comments