"Bayern Münhen"in futbolçusu əməliyyat olundu

"Bayern Münhen"nın və Fransa millisinin üzvü Lukas Ernandes əməliyyat olunub. 90plus.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi sol dizindən əməliyyat edilib. Fransa millisinin heyətində zədələnən futbolçunun tezliklə reablitasyaya başlayacağı və bir neçə həftədən sonra məşq edə biləcəyi qeyd olunub. Lukas Ernandes ötən mövsüm "Bayern Münhen"in heyətində 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments