top of page

“Bayern Münhen”in futbolçusunun əşyasını oğurladılar


“Bayern Münhen”in futbolçusu Kim Min-Ce Münhendəki yeni evinə daşınan zaman oğurluq qurbanı olub.


90plus.az Daily Mail-ə istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu başqa bir qutunu gətirmək üçün çıxanda düyü bişirənini bayırda saxlayıb.

Oğru fürsətdən istifadə edərək, futbolçunun düyü bişirən cihazını oğurlayıb.


Qeyd edək ki, Min-Ce bu mövsüm "Napoli"dən "Bayern Münhen"ə transfer olunub.

0 comments
bottom of page