"Bayern Münhen"in futbolçusunun zorakılıqla bağlı şikayəti təmin olunub

Məişət zorakılığında ittiham olunan Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Lukas Ernandesin apellyasiya şikayəti təmin edilb.

90p"Reuters"ə istinadən xəbər verir ki, bu barədə Madrid Əyalət Məhkəməsi qərar çıxarıb. Ernandesin 6 aylıq həbs cəzası təxirə salınıb.


Məhkəmənin qərarına əsasən, 25 yaşlı müdafiəçi 4 il ərzində yeni cinayət törətsə, ona cəza veriləcək. Buna baxmayaraq Ernandes 96 min avro cərimə ödəyəcək.


Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.

0 comments