top of page

"Bayern Münhen"in oyunçusu "Mançester Siti" ilə oyunda iştirak edə bilməyəcək

Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq İngiltərədə "Mançester Siti"yə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.


90plus.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu diz oynaqlarında problem olduğu üçün səfərə aparılmayacaq.


Kamerunlu forvardın nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.


Qeyd edək ki, aprelin 11-də keçiriləcək "Mançester Siti" - "Bavariya" qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması aprelin 19-da olacaq.



0 comments
bottom of page