"Bayern Münhen”in prezidenti Superliqa haqqında...


“Bayern Münhen”in prezidenti Qerbert Hayner Avropanın nəhəng klublarının təşkil etdiyi Superliqaya münasibət bildirib. Xatırladaq ki, Almaniya mətbuatı Superliqanı təsis edənlər arasında adıçəkilən 12 klubdan başqa, “Bavariya”, PSJ və “Borussiya”nın (Dortmund) da olduğunu yazıb. Qeyd olunub ki, Münhen klubuna Superliqada iştirak edib-etməyəcəyini açıqlaması üçün 30 gün vaxt verilib.

90plus.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbəri isə klubun mətbuat xidmətinə açıqlamasında bu turnirə qarşı çıxdıqlarını deyib: “Klub üzvləri və azarkeşlər Superliqa fikrini rədd etdilər. “Bavariya” Avropa klublarının Çempionlar Liqası kimi gözəl bir yarışda mübarizəni davam etdirməsini təmin etməyə borcludur. "Bavariya" Superliqaya "yox" deyir”.

0 comments