"Bayern Münhen"in yeni baş məşqçisi

"Bayern Münhen" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.


90plus.az klubun saytına istinadən xəbər verir ki, "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann karyerasını Münhen təmsilçisində davam etdirəcək. O, iyulun 1-dən yeni klubunda işinə başlayacaq. 33 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.


Beləliklə, Naqelsmann "Bayern Münhen" tarixində ən gənc məşqçi olacaq.


Qeyd edək ki, Münhen təmsilçisini bu mövsümün sonuna kimi hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdıracaq.

0 comments