“Bayern” “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanı transfer etmək istəyir.
90plus.az “Sport 1”-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı klublar arasında danışıqlar baş tutub.
Öncədən Münhen klubunun qolkiperi Manuel Noyerin yaşıl meydanlara 2024-cü ildə tam şəkildə qayıda biləcəyi haqda xəbər vermişdik. Noyer tətildə xizək sürərkən ayağını sındırmışdı. 37 yaşlı futbolçu 2022-ci il dekabrın 1-dən bəri oynamır.
Arrisabalaqa 2018-ci ilin yayında “Atletik”dən “zadəganlar”a keçib. O, 2022/23 mövsümündə 39 oyuna çıxıb, 45 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.
