"Bayern Münhen" Komanla problemi həll etdi!


"Bavariya" futbolçusu Kingsli Komanla yeni müqavilə imzalamaq üçün razılığa gəlib.

90plus.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Tərəflərin 3 illik sözləşmə üçün anlaşdığı bildirilib. Yeni müqaviləyə əsasən, 25 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisində illik 17 milyon avrodan çox maaş alacaq. Komanın hazırkı sözləşməsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.





Qeyd edək ki, Kingsli Koman bu mövsüm 17 matçda 5 qol vurub və 2 qolun ötürməsini verib.

0 comments