"Bayern Münhen" mövsümü qələbə ilə başa vurdu

Almaniya Bundesliqasında 2020/21 mövsümü başa çatıb.


90plus.az xəbər verir ki, "Bayern Münhen" 38-ci turda "Auqsburq"u qəbul edib. Münhen təmsilçisi 5:2 hesablı qələbə qazanıb.


Qeyd edək ki, çempion "Bayern Münhen" yarışı 75 xalla başa vurub. "Auqsburq" isə 36 xalla 12-cidir.


"Bayern Münhen" - "Auqsburq" - 5:2

Qollar: Qouveleuv, 9 (öz qapısına), Qnabri, 23, Kimmix, 33, Kuman, 43, Levandovski, 90 - Han, 67, Niderlexner, 72

0 comments