"Bayern Münhen" Naqelsmannla razılaşdı

"Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann "Bavariya"ya baş məşqçi təyin olunmağa yaxındır.

90plus.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Münhen təmsilçisi artıq 33 yaşlı mütəxəssislə razılaşıb. "Qırmızılar"ı yeni mövsümdən Naqelsmann çalışdıracaq. Tərəflər arasında 2023-cü ilin yayınadək müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Naqelsmann bu gün "Leyptsiq" rəhbərliyinə klubla müqaviləsini pozmaq istədiyini bildirib.

0 comments