top of page

"Bayern Münhen" onu sata bilər

“Bayern” artıq yarımmüdafiəçisi Josua Kimmixi toxunulmaz hesab etmir və onu sata bilər.


90plus.az “Kicker”-ə istinadən xəbər verir ki, Münhen klubu artıq Kimmixi heç bir halda satılmayacaq futbolçu hesab etmir. O, “toxunulmaz” futbolçu statusunu itirib.


Bundesliqa təmsilçisi yarımmüdafiəçi üçün böyük təklif alarsa, o zaman klub rəhbərliyi ən azı danışıqlara hazır olacaq.


Məlumatda qeyd olunur ki, 28 yaşlı alman oyunçu “Bayern”dən ayrılmaq fikrində deyil.



0 comments
bottom of page