“Çelsi”nin müdafiəçisi Trevo Çaloba “Bayern”in diqqət mərkəzindədir.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, almanlar “İnter”ə keçidi gözlənilən Benjamin Pavarın yerinə 24 yaşlı ingiltərəli futbolçunu transfer etməyi düşünürlər.
Çalobanın “zadəganlar”la müqaviləsi 2028-ci ilə qədərdir. O, 2022/23 mövsümündə “Çelsi”də bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb.
