"Bayern" "Napoli"nin futbolçusunu hədəfləyib


"Bayern" hücum xəttini gücləndirmək istəyir.


90plus.az xəbər verir ki, Münhen təmsilçisi “Napoli”nin futbolçusu Viktor Osimhenlə maraqlanır. Bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb. "Bayern"nın nigeriyalı hücumçunu yeni mövsüm üçün transfer etmək niyyətində olduğu bildirilib.


O da qeyd olunub ki, “Napoli” Osimheni azı 100 milyon avroya satmaq istəyir.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm “Napoli” ilə 11 oyunda 9 qol vurub

0 comments