top of page

“Bayern” Tuheli təqdim etdi

"Bayern" Tomas Tuheli baş məşqçi kimi təqdim edib.


90plus.az xəbər verir ki, 49 yaşlı mütəxəssilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.


İmzalanma mərasimində Tuhel deyib: “Bavariya” ilə müqavilə imzalamaq böyük şərəfdir. Mən Oliver Kan, Hasan Salihamidziç, Herbert Hayner və Uli Henessə etimada görə təşəkkür edirəm .


Bir müddət xaricdə işləsəniz belə, "Bayern"in əhəmiyyətini daha da dərk edirsiniz. Klubun DNT-si işdədir. “Bayern”də əsas olan qələbələrdir. Bu komanda Avropanın ən istedadlı və ən yaxşılarından biridir. Mən  komanda ilə işləməyi səbirsizliklə gözləyirəm”.


Qeyd edək ki, Tuhel bu vəzifədə istefaya göndərilən Yulian Naqelsmannı əvəzləyib.

0 comments
bottom of page